“Real Madrid”in hücumçusu Vinisius İspaniya Liqasının ikinci turunda “Espanyol”a qarşı oyunda komanda yoldaşı Arda Gülərlə mübahisə edib.
İspaniya mətbuatına istinadla xəbər verilir ki, bir epizodda yarımmüdafiəçi topu Kilian Mbappeyə ötürüb və bu, braziliyalı futbolçunun narazılığına səbəb olub. Həmin an Vinisius daha əlverişli mövqedə olduğunu düşünərək Ardaya irad bildirib.
“Arda! Arda! Topu mənə ötür! Sən həmişə belə edirsən!”, – Vinisius qışqırıb.
Bu yay braziliyalı plastik əməliyyat keçirib. Azarkeşlər şərhlərdə zarafatla Gülərin komanda yoldaşını tanımaya biləcəyini bildiriblər. İspaniya liqasının növbəti matçında Madrid “Real Sosyedad” la qarşılaşacaq.
Mənbə: publika.az