“Milan” və “Qalatasaray” portuqaliyalı cinah hücumçusu Rafael Leao transferi ilə bağlı razılığa gəliblər.
Bu barədə məşhur insayder Fabrisio Romano “X” hesabında məlumat yayıb.
Məlumata görə, müqavilənin dəyəri ehtimal olunan bonuslar nəzərə alınmadan 45 milyon avro təşkil edəcək. Keçidin yekun detalları üzrə danışıqlar bu gün davam etdiriləcək:
“Lakin son qərarı futbolçu özü verəcək. Çünki həm onun, həm də İtaliya klubunun masasında İngiltərənin “Aston Villa” komandasından da rəsmi təklif var. Birminhem təmsilçisi 8 milyon avro icarə haqqı və mövsümün sonunda 42 milyon avroya məcburi satınalma şərti təklif edir.
Qeyd edək ki, daha əvvəl Leaonun “Qalatasaray”la 2030-cu ilin yayına qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini razılaşdırdığı bildirilirdi.
Mənbə: qafqazinfo.az