“Qarabağ” heyətinə yeni futbolçu qatıb.
Kiprin APOEL klubundan Dieqo Roşa heyətə cəlb olunub.
Futbolçu artıq Bakıdadır. O, tibbi müayinədən keçdikdən sonra müqavilə imzalanacaq.
Qeyd edək ki, Dieqo Roşa 2019-cu ildə Braziliya U-17 millisi ilə dünya çempionu olub. O, turnirdə 5 qol vurub.
Elsevər Məmməd
Mənbə: qafqazinfo.az