“Neftçi”dən ayrılan Abubakar bu kluba keçdi

“Neftçi”dən ayrılan Abubakar bu kluba keçdi

“Neftçi”dən ayrılan Vensan Abubakarın komandası bəlli olub.

Kamerunlu hücumçu karyerasını Türkiyədə davam etdirəcək.

34 yaşlı oyunçu “Bodrumspor”la anlaşıb. Forvard ilə 1+1 illik müqavilə imzalanıb.

İnformasiyanı klubun mətbuat xidməti yayıb.

2025-ci ilin oktyabrında “Neftçi”yə transfer olunan futbolçu “ağ-qaralar”ın heyətində 18 matça çıxaraq, 9 qol vurub.

Mənbə: publika.az