Mbappenin atası ilə Ançelotti bu oyunu birgə izlədi - VİDEO

Mbappenin atası ilə Ançelotti bu oyunu birgə izlədi - VİDEO

PSJ və “Lill” arasında keçirilən Liqa 1-in mərkəzi matçında stadionunun tribunalarında bəzi təəccüblü qonaqlar görülüb.

Vilfrid Mbappe oyunu Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti ilə birgə izləyib.

Bəs onların ortaq cəhəti nədir? “Lill”. Komandanı Karlo Ançelottinin oğlu Davide çaışdırır, kiçik Mbappe Etan da bu komandada oynayır. Onlar uşaqlarına baxmaq üçün bir araya gəliblər.

Ançelotti üçün bu, həm də braziliyalılar Alessandro, Markinos və Lukas Beraldo ilə görüşmək üçün yaxşı fürsət olub.

Mənbə: publika.az