"Sabah"la oyunöncəsi "Borussiya Dortmund"a ağır zərbə: Yeni transfer sıradan çıxdı - FOTO

"Sabah"la oyunöncəsi "Borussiya Dortmund"a ağır zərbə: Yeni transfer sıradan çıxdı - FOTO
"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən olan "Borussiya Dortmund" ciddi itki ilə üzləşib.

Almaniya klubunun yeni transferi Yannis Konstantelias dizindən ağır zədə alıb.

23 yaşlı yunan futbolçunun zədəsinin ciddi olduğu və onun bir neçə ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb. Konstantelias Bundesliqanın ilk turunda "Hamburq"la keçirilən və "Borussiya Dortmund"un 2:0 hesablı qələbəsi ilə başa çatan görüşdə zədələnib.

Sonrakı tibbi müayinələr zamanı futbolçunun sol dizinin çarpaz bağında yırtıq aşkarlanıb.

Qeyd edək ki, "Sabah" "Borussiya Dortmund"la UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda oktyabrın 20-də Bakıda qarşılaşacaq.

Sabahla oyunöncəsi Borussiya Dortmunda ağır zərbə: Yeni transfer sıradan çıxdı - FOTO

Mənbə: oxu.az