İspaniya La Liqasında III tura yekun vurulub.
Turun son matçı Barselonada baş tutub. Şəhərin eyniadlı komandası azarkeşləri önündə "Rayo Valyekano" ilə qarşılaşıb.
7 qolun vurulduğu matçda sevinən tərəf ev sahibləri olub. Görüş "Barselona"nın 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Mənbə: unikal.az