UEFA Gənclər Liqasında 2026/2027 mövsümünün Çempionlar yolunun püşkatma mərasimi keçirilib.
"Qarabağ"ın U-19 komandasının rəqibi müəyyənləşib.
Azərbaycan təmsilçisi turnirə ikinci mərhələdən qatılacaq. "Qarabağ" bu raundda Xorvatiyanın "Dinamo Zaqreb" klubu ilə qarşılaşacaq.
Mərhələnin ilk görüşlərinin oktyabrın 28-də, cavab matçlarının noyabrın 4-də keçirilməsi nəzərdə tutulub. U-19 komandası ilk qarşılaşmanı evdə keçirəcək.
Mənbə: oxu.az