Uruqvayda azarkeşlər məğlubiyyətdən sonra futbolçulara hücum ediblər

Uruqvayda azarkeşlər məğlubiyyətdən sonra futbolçulara hücum ediblər

Uruqvayda “Danubio” və “Montevideo Siti Torqe” komandaları arasında keçirilən ölkə kuboku matçında xoşagəlməz hadisə baş verib.

Xarici mətbuata istinadən xəbər verilir ki, 2:0 hesabı ilə məğlub olan “Danubio”nun bəzi azarkeşləri oyunun sonlarında meydana daxil olublar.

Maskalı şəxslər futbolçularla mübahisə edib və onlara fiziki hücum göstəriblər. Qapıçı Kevin Martines də insident zamanı azarkeşlərlə qarşıdurmaya düşüb.

Polis müdaxilə etdikdən sonra vəziyyət nəzarətə götürülüb. Təhlükəsizlik səbəbindən qarşılaşma bitməmiş dayandırılıb.

“Danubio”nun məğlubiyyətində Nahuel Da Silva vurduğu iki qolla əsas pay sahibi olub.

Mənbə: azertag.az