"Zirə"nin daha bir transferi rəsmiləşmək ərəfəsindədir.
Xarici mətbuata istinadən xəbər verilir ki, Portuqaliyanın "Şaves" klubunda çıxış edən braziliyalı yarımmüdafiəçi Ktatau (Talysson Moreira Reis) Bakı təmsilçisi ilə müqavilənin şərtlərini razılaşdırıb.
25 yaşlı futbolçunun transferi ilə bağlı klublar arasında da anlaşma var. Məlumata görə, "Zirə" Ktataunun keçidi üçün "Şaves"ə 100 min avro ödəyəcək.
Braziliyalı oyunçunun yaxın günlərdə Azərbaycana gələrək "Zirə" ilə 3 illik müqavilə imzalaması gözlənilir.

Mənbə: oxu.az