Elvin Cəfərquliyev əməliyyat olundu

Elvin Cəfərquliyev əməliyyat olundu

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən futbolçumuz Elvin Cəfərquliyev əməliyyat olunub.

Bu barədə klub məlumat yayıb.

Bildirilib ki, avqustun 13-də keçirilən qarşılaşmada zədə alan futbolçunun sol budunun arxa əzələ qrupuna (hamstring) daxil olan yarımvətərli əzələsinin (m. semitendinosus) distal vətərində müəyyən edilən zədələnmə ilə əlaqədar cərrahi əməliyyatı uğurla başa çatıb.

Elvin Cəfərquliyevin müalicə və bərpa prosesi klubun tibbi heyətinin nəzarəti altında davam etdiriləcək.

Mənbə: oxu.az