“Betis”in mətbuat xidməti İspaniya La Liqasının dördüncü turunda “Real Madrid” üzərində 1:0 hesablı qələbəyə sosial media səhifəsində münasibət bildirib.
Paylaşımda deyilir:
“Mən yalnız bir “Real”i tanıyıram. Bu, “Real Betis”dir”.
Sevilya klubu, çox güman ki, Madrid komandasının azarkeşlərinə aid edilən və digərlərindən üstünlüyünü nümayiş etdirmək üçün istifadə edilən oxşar bir ifadəyə işarə edir.
La Liqanın dörd oyunundan sonra “Betis” doqquz xala malikdir və üçüncü yerdədir. Joze Mourinyonun komandası da doqquz xala malikdir, lakin əlavə əmsallar səbəbindən ikinci yerdədir.
Mənbə: publika.az