Luis Enrikenin illik maaşı bilindi

Luis Enrikenin illik maaşı bilindi

PSJ-nin baş məşqçisi Luis Enrike klubla yeni müqaviləsinə əsasən vergilər çıxılmadan mövsümə 20 milyon avro qazanacaq.

İspaniyalı mütəxəssisin əvvəlki müqaviləsinə əsasən mövsümlük qazancı vergilər çıxılmadan 12 milyon avro olub.

PSJ sentyabrın 4-də Enrike ilə müqavilənin uzadıldığını açıqlayıb. Yeni saziş 2030-cu ilə qədər qüvvədə olacaq.

Enrike 2023-cü ilin yayından PSJ-yə rəhbərlik edir. Onun başçılığı altında komanda iki dəfə Çempionlar Liqasının və Fransa Kubokunun, üç dəfə Fransa çempionatının və ölkə Superkubokunun, həmçinin UEFA Superkubokunun qalibi olub.


Mənbə: unikal.az