“Yunayted”in 95 milyonluq planı - Görün hədəfdə kimdir

“Yunayted”in 95 milyonluq planı -

“Atletik Bilbao” və İspaniya millisinin hücumameylli yarımmüdafiəçisi Niko Uilyams gələn yay “Mançester Yunayted”ə keçə bilər.

Bu barədə “The Telegraph” məlumat yayıb.

Mənbənin məlumatına görə, İngiltərə klubu heyətini gücləndirmək üçün əhəmiyyətli investisiyalar planlaşdırır və əsas hədəfləri arasında Uilyamsa da var. 24 yaşlı cinah oyunçusunun müqaviləsindəki sərbəst qalma maddəsi 95 milyon avrodur və “Mançester Yunayted” bundan yararlanmaq istəyir.

“Atletik” bu mövsüm Avropa yarışlarında iştirak etmir və Uilyams təkrarlanan zədələrə və qeyri-sabit çıxışlara görə tənqid olunur. Uilyams bu mövsüm İspaniya liqasında altı oyunda bir qol vurub.

Mənbə: publika.az