“Bayern” şokdadır: Ulduz futbolçunun xəstəliyini müalicə etmək mümkün deyil

“Bayern” şokdadır: Ulduz futbolçunun xəstəliyini müalicə etmək mümkün deyil

“Bayern” klubunun fəxri prezidenti Uli Höness Camal Musialanın səhhəti ilə bağlı danışıb.

Avqust ayında 23 yaşlı yarımmüdafiəçisi ardıcıl iki oyunda huşunu itirdi. Alman futbolçuya nevroloji disfunksiya səbəbindən qısamüddətli, lakin asanlıqla müalicə edilə bilən absans tutmaları diaqnozu qoyulduğunu açıqladı. Daha sonra bildirildi ki, absans tutmaları dərmanlarla nəzarət altına alınıb.

Publika.az xəbər verir ki, Höness BR24-ə verdiyi müsahibədə bildirib:

“Musiala ilə bağlı vəziyyət Vinsent Kompaninin vəziyyətindən tamamilə fərqlidir. Özümüzü çətin vəziyyətdə tapırıq. Onun asanlıqla müalicə olunmayan, lakin müəyyən dərəcədə dərmanlarla nəzarət altına alına bilən bir xəstəliyi var”.

Uli Musialanın nə vaxtsa ən yaxşı formasına qayıda biləcəyi sualını açıq qoyub: “Bəs o, əvvəllər göstərdiyi oyun səviyyəsinə çata biləcəkmi…”

Fəxri prezident, həmçinin izah edib ki, Musialanın xəstəliyi onun müqaviləsində nəzərdə tutulan sığorta ilə əhatə olunmur.

Mənbə: publika.az