Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu mövsüm növbəti oyununa çıxacaq.
Ayxan Abbasovun rəhbərlik etdiyi yığma Lixtenşteyn millisini qəbul edəcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl UEFA Millətlər Liqasında Litva səfərindən bir xalla qayıtmışdı. Hazırda Azərbaycan millisi D liqasının II qrupunda 1 xalla ikinci yerdə qərarlaşıb.
Mənbə: bizim.media