“Komo”nun baş məşqçisi Sesk Fabreqas klub rəsmilərini məşqçilərə qarşı səbirli olmağa çağırıb və Mikel Artetanı nümunə göstərib.
Fabreqas “Roma” ilə oyundan əvvəl keçirilən mətbuat konfransında bildirib:
“Arsenal”a baxın, Mikel Arteta klubla müqaviləsini yenilədi. İndi onun işinin nəticələrini görürük, amma əvvəlcə işlər yaxşı getmirdi. O, tənqidlərə qulaq asır və özü haqqında danışırdı. Bizim aydın fikirlərimiz olmalıdır. Adətən, həmişə olmasa da, nəticələr bir neçə aydan sonra gəlir.
Məşqçini cəmi iki oyundan sonra necə işdən çıxarmaq olar? Bəzən idman direktoru düşünür ki, özü məşqçi olmalıdır. Mən inanıram ki, məşqçi oyun sisteminə və lazımi oyunçuların seçilməsinə əhəmiyyətli dərəcədə təsir göstərməlidir. Kənardan baxanda məşqçi dəstəyi itirəndə nə baş verdiyini görmək olar”.
5 oyundan sonra “Komo” İtaliya çempionatının turnir cədvəlində səkkizinci yerdədir.
Mənbə: publika.az