“Hidayət Heydərov hazırda çəki ilə bağlı problem yaşayır”.
Bunu kişilərdən ibarət cüdo üzrə yığmanın baş məşqçisi Riçard Trautman deyib.
O, Bakıda keçirilən DÇ-də nəticə qazana bilməyən Hidayət Heydərovla bağlı danışıb. R.Trautman Olimpiya çempionumuzun gələcəkdə 73, yoxsa 81 kq-da güləşəcəyi barədə də fikirlərini açıqlayıb: “Hidayətlə görüşümüz olub. Onunla danışmışıq ki, özü qərar versin. Hansı çəkidə güləşəcək - bunu özü seçəcək. Onun bir həftə vaxtı var. Hidayətin yenidən Olimpiya çempionu olmasını istəyirik”.
Mənbə: qafqazinfo.az