“Sabah”ın U-19 komandası “Slaviya”ya uduzdu

“Sabah”ın U-19 komandası “Slaviya”ya uduzdu

“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında 2-ci tur oyununa çıxıb.

Komanda Bakıda Çexiya təmsilçisi “Slaviya” ilə qarşılaşıb.

Matçda “Sabah” 0:3 hesabı ilə uduzub.

Xatırladaq ki, “Sabah” U-19 ilk turda “Mançester Yunayted”ə 5:0 hesabı ilə məğlub olmuşdu.

“Sabah” U-19 (Azərbaycan) - “Slaviya” U-19 (Çexiya) - 0:3

Qollar: Szivala, 5, Kotrba, 41-pen; Savoviç, 90+44

Mənbə: qafqazinfo.az