60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

60 oyuna 60 qol - Messinin rekordunu belə qırdı

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda PSJ-yə məğlub olduqları oyunda (2:4) dubl edərək iki tarixi rekorda imza atıb və Lionel Messinin göstəricilərini geridə qoyub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Actu Foot” nəşri sosial şəbəkə hesabında məlumat paylaşıb.

Haaland turnir tarixində 60 qol həddinə çatmış ən sürətli futbolçu olub. Norveçli bombardirə bu göstəriciyə çatmaq üçün cəmi 60 oyun kifayət edib. Əvvəlki rekord 60 qolu 80 matça vuran Lionel Messiyə məxsus idi.

Bununla yanaşı, norveçli ulduz Çempionlar Liqasında 60 qola çatan ən gənc futbolçu adını da ələ keçirib. Haaland 60-cı qolunu 26 yaş 85 günlüyündə vuraraq Messini cəmi 1 günlə üstələyib (argentinalı ulduz bu həddə 26 yaş 86 günlüyündə çatmışdı). Ümumilikdə, Erlinq Haaland cari mövsümdə bütün turnirlərdə çıxış etdiyi 9 qarşılaşmada 10 qolla yadda qalıb.

Qeyd edək ki, Oktyabrın 20-də keçiriləcək 3-cü turda “Mançester Siti” Yunanıstanın AEK, PSJ isə “Barselona” komandası ilə qarşılaşacaq.

Mənbə: qafqazinfo.az