Polşa gənclər arasında keçirilən Dünya Karate Çempionatında Rusiyanın bircə təmsilçisini də qeydiyyatdan keçirməyib.
Bu barədə Rusiya mediası məlumat yayıb.
“Polşa tərəfindən qarşıdan gələn Dünya Çempionatında iştirak etmək üçün heç bir Rusiya nümayəndəsi qeydiyyatdan keçməyib. Rusiya Karate Federasiyası bu hadisəni nəzərə alaraq turnirdə əvvəlcədən iştirak etməməyi tövsiyə edib”, – deyə bəyanatda bildirilir.
Rusiya nümayəndələri həmçinin Dünya Karate Federasiyasına qarşı heç bir şikayətlərinin olmadığını və məsələnin tamamilə siyasətlə bağlı olduğunu vurğulayıblar.
Qeyd edək ki, gənclər arasında karate üzrə dünya çempionatı 14-18 oktyabr tarixlərində Belsko-Byalada keçirilir.
Mənbə: publika.az