Tayson Əli ilə döyüşsəydi necə olardı? - Özü cavab verdi

Tayson Əli ilə döyüşsəydi necə olardı? - Özü cavab verdi

Beynəlxalq Boks Şöhrət Zalına üzvü, ağır çəkidə keçmiş şəksiz dünya çempionu Mayk Tayson əfsanəvi həmyerlisi Məhəmməd Əli ilə bağlı danışıb.

Tayson Əli ilə mümkün döyüşdə kimin qalib gələcəyini də açıqlayıb.

“Mən indiyə qədər yaşamış ən məşhur boksçuyam, amma Məhəmməd Əli ən yaxşısı idi, çünki o, özü idi.

Potensial döyüşümüz necə bitərdi? O, məni məğlub edərdi, çünki Əli canavarları necə ram etməyi bilirdi. Bu, əla olardı, amma məncə, Əli ən yaxşısıdır”, – deyə “Boxing News” Taysondan sitat gətirib.

Mənbə: publika.az