“Parisdəki iğtişaşlara baxmayaraq, Çempionlar Liqasının üçüncü turu çərçivəsində keçiriləcək PSJ – “Barselona” matçı planlaşdırıldığı kimi baş tutacaq”.
Bu barədə Fransanın daxili işlər naziri Loran Nunyes məlumat yayıb.
“Matçlar planlaşdırıldığı kimi keçiriləcək. Onların ləğv edilməsi söhbəti belə gedə bilməz”,– deyə Nunyes bildirib.
Bu qərar, oktyabrın 17-də Paris, Lion və Marseldə baş verən, polislə toqquşmalar, talanlar və yanğınlarla müşayiət olunan etiraz aksiyalarından sonra qəbul edilib.
Qeyd edək ki, Fransa polis həmkarlar ittifaqı iğtişaşların təkrarlanması ehtimalından narahatlığını ifadə edərək, matçın başqa vaxta keçirilməsini təklif etmişdi.
Mənbə: qafqazinfo.az