“Şəfa”nın baş məşqçisi 5 oyunluq cəzalandı

“Şəfa”nın baş məşqçisi 5 oyunluq cəzalandı

AFFA U-17 Liqasında çıxış edən “Şəfa”nın baş məşqçisi Vasif Haqverdiyev beş oyunluq cəzalanıb.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna mütəxəssisin öz futbolçusuna qarşı təcavüzkar davranışı səbəb olub. Haqverdiyev “İmişli” ilə matçdan sonra öz oyunçusuna qarşı təcavüzkar davranışa görə qırmızı vərəqə ilə cəzalanıb. O, növbəti beş oyunda texniki zonada yer almayacaq.

Mənbə: publika.az