Xavi: "Bu inanılmaz dərəcədə tam üstünlük hissi idi”

Xavi: "Bu inanılmaz dərəcədə tam üstünlük hissi idi”

İki “el klasiko “Barselona” azarkeşlərinin qəlbində xüsusi yer tutur.

2009-cu ilin may ayında katalonlar “Real”ı “Santyaqo Bernabeu”da ” 6-2, noyabr ayında isə doğma meydanları “Kamp Nou”da 5-0 hesabı ilə məğlub etdilər.

“Barselona”nın keçmiş kapitanı Xavidən bu qələbələr arasında seçim etməsi istənilib.

İspaniyanın “Sport” nəşri Xavinin sözlərini sitat gətirib: “6-2 hesablı qələbə mükəmməl idi, amma 5-0 hesablı qələbə futbolun keyfiyyəti baxımından onu üstələdi. Bu, inanılmaz dərəcədə tam üstünlük hissi idi”.

“Barselona” və “Real Madrid” 25 oktyabrda “el klasiko”da üz-üzə gələcəklər.

Mənbə: publika.az