“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” - İnfantinodan gileylənən kimdir?

“Qorxu mühiti yaradıb, etiraz edən hər kəs cəzalandırılır” -

FİFA-nın İdarəetmə Komitəsinin keçmiş rəhbəri Migel Maduro hesab edir ki, Canni İnfantinonun prezident vəzifəsindən istefası təşkilatın mövcud problemlərini həll etmək üçün kifayət etməyəcək.

Maduronun fikrincə, futbol rəsmiləri FİFA rəhbərliyi daxilində hökm sürən “qorxu mühiti” səbəbindən İnfantinoya qarşı danışmaqdan çəkinirlər.

“Biz gördük ki, müstəqil hərəkət edən, etiraz edən və fikir ayrılığı ifadə edən hər kəs kənarlaşdırılır, vəzifəsindən uzaqlaşdırılır və hakimiyyət sistemindəki təsirini itirir.

Qorxuram ki, İnfantinonun yerinə keçmək kifayət etməyəcək. Biz bunu əvvəllər də görmüşük. Bu, müsbət addım ola bilər, amma FİFA-nın sadəcə yeni prezidentdən daha çox şeyə ehtiyacı var. Qorxuram ki, yeni prezident az-çox İnfantinoya bənzəyəcək”, – Maduro insan haqları qrupu “FairSquare” tərəfindən təşkil edilən onlayn konfransda bildirib.

Mənbə: publika.az