Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu

Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu oldu

Polis polkovniki, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Eduard Məmmədov Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında iki qızıl medal qazanıb.

63 kq çəki dərəcəsində çıxış edən idmançı “Master Class” kateqoriyasında “Light Contact” və “Kick Light” növlərində birinci yeri tutub.

O, “Light Contact” versiyasında italiyalı La Mantia Alessandro və portuqaliyalı Kortes Emanuelini məğlub edərək qızıl mükafata sahib çıxıb.

E.Məmmədov “Kick Light” versiyasında isə macar Hasz Marton və La Mantia Alessandroya qalib gələrək fəxri kürsünün ilk pilləsinə qalxıb.

Beləliklə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovniki, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti ümümilikdə WAKO üzrə 13-cü dəfə Avropa çempionu olub. E.Məmmədov həm də 10 qat dünya çempionudur.

Mənbə: qafqazinfo.az