Azərbaycanın U-20 millisi yoldaşlıq görüşündə İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Qafqazinfo” xəbər verir ki, Sumqayıtda yerləşən “SOCAR Polymer Arena”da keçirilən matç qolsuz heç-heçə ilə başa çatıb - 0:0.
Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu noyabrın 20-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Mənbə: qafqazinfo.az