"Qalatasaray" ev stadionunu dəyişir

"Qalatasaray" ev stadionunu dəyişir

"Qalatasaray" ev oyunlarını Atatürk Olimpiya Stadionunda keçirmək üçün Türkiyə Futbol Federasiyasına müraciət edəcək.

Qol.az xəbər verir ki, bu haqda "NTV Spor"un saytı məlumat yayıb. Belə bir müraciətə səbəb Türk Telekom Arenanın meydançasının yararsız duruma düşməsidir. Ot örtüyü normal vəziyyətə qayıdana qədər "sarı-qırmızılılar" bütün rəqiblərini Olimpiya Stadionunda qəbul etmək niyyətindədir.

Qeyd edək ki, bu il mayın 29-da Çempionlar Liqasının finalı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Mənbə: qol.az