”Onun bizimlə qalmasını istəyirik” - Koman

”Onun bizimlə qalmasını istəyirik” - Koman

Barcelona-nın baş məşqçisi Ronald Kuman İspaniya kubokunun finalında Athletic-i məğlub etdikləri matçdan sonra fikirlərini bildirib.

Marca-ya danışan niderlandlı mütəxəssis, 4:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Qələbəyə layiq idik. Qol üçün uzun müddət gözləməli olduq, lakin daha sonra şans yaradıb, fərqlənə bildik. Topa yaxşı nəzarət etdik və 1:0-dan sonra da hücumlarımızı davam etdirərək, qələbəni gətirdik.

Lionel Messi ən yaxşı futbolçu olduğunu sübut edib. Ümid edirəm ki, bu, Messinin komandamızın heyətində son kubok oyunu deyil. Onun bizimlə qalmasını istəyirik”.

Mənbə: www.xeberoxu.az