AFFA Lisenziyalaşdırma Qrupunun qərarları açıqlandı

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. "Report" xəbər verir ki, iclasda 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Qarabağ" FK, "Neftçi" PFK, “Sumqayıt” FK, “Zirə” PFK, “Keşlə” FK, “Sabah” FK

2. Premyer Liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

"Qəbələ" İK, “Səbail PFK

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Kəpəz” PFK, “Turan Tovuz” PFK, “Qaradağ-Lökbatan” FK, “Zaqatala” FK

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə müvafiq olaraq, 2021-2022-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

Report.az

ƏVVƏLKİ XƏBƏR

ABŞ hərbçilərinin yerləşdiyi Eyn əl-Əsəd bazasına raket atılıb

SONRAKI XƏBƏR

Rusiyada virus qurbanlarının sayı 113 minə çatır