Mariya Stadnikə ağır itki - FOTO

Mariya Stadnikə ağır itki -

Qadın güləşi üzrə Azərbaycan milli komandasının üzvü Mariya Stadnikin ailəsində ağır itki üz verib.

İdmançımızın atası Vasili Stadnik dünyasını dəyişib. Bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

O, uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək ki, Stadnik 2 gün öncə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb. Mariya 5-ci dəfə Olimpiadada çıxış edəcək. O, qadın güləşi tarixində 5-ci Olimpiya Oyunlarına gedən ilk idmançı kimi tarixə düşüb.

36 yaşlı idmançı 4 qat olimpiya medalçısı, 2 qat dünya və 10 qat Avropa çempionudur.

Heybət

Mənbə: publika.az