"Minay" uduzub getdi, bəs bizimkilər hanı?

"Minay" uduzub getdi, bəs bizimkilər hanı?

Ukrayna Premyer Liqasında 2020/21 mövsümü yekunlaşıb.

Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçular – Anatoli Nuriyevlə Rüstəm Əhmədzadənin formasını geyindyi "Minay” da növbəti matçına çıxıb.

Sözügedən komanda 26-cı tur çərçivəsində doğma meydanda Poltava "Vorskla”sına 1:2 hesabıyla uduzub.

Aldığı ağır zədə səbəbindən mövsümü erkən başa vuran Nuriyev bu görüşün iştirakçısı olmayıb. Rüstəm isə start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. O, 60-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

"Minay” 26 oyuna topladığı 18 xalla 14 kollektiv arasında sonuncu olduğu üçün növbəti mövsümdən aşağı liqada mübarizə aparacaq.

Fanat.Az

Mənbə: fanat.az