Belçika millisinin hücumçusu Romelu Lukaku Avro-2024-ün seçmə mərhələsində Azərbaycanı 5:0 hesabı ilə məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Publika.az xəbər verir ki, ulduz futbolçu birinci hissədə vurulan ardıcıl qolların həlledici olduğunu söyləyib:
“Məndə yaxşı hiss var. Bu qələbə və Avropa çempionatına vəsiqə qazandığımız üçün şadam. Əvvəlcədən paltardəyişmə otağında demişdim ki, Azərbaycanla matçın gərginliyini nəzərə alsaq, fiasko ilə bitə bilər. Leuvendə pis meydançada oynayırdıq. Bununla belə, oyunçuların yanaşması və motivasiyası yaxşı idi. Sürətli olmaq, ilk yarım saatda qol vurmaq vacib idi. Bundan sonra qısa zamanda ardıcıl qollar vurduq. Bu məqam vacib idi. Çünki Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Belə olmasaydı, İsveçi 3:0 hesabı ilə məğlub etməzdilər. Mən və Yan Vertongen komandanı uğurlu başlanğıc üçün təkid etdik”.
Qarşılaşmada 4 qola imza atan Lukaku fasilədən sonra əvəzlənməsini normal qarşılayıb:
“Sakitəm, çünki işimi görmüşəm. Xüsusən də komandam və futbolçular üçün çox xoşbəxtəm. Onların əksəriyyəti üçün Avropa çempionatı ilk böyük turnir olacaq. Gələcək nəslə keçid dövrü hazırda çox yaxşı gedir”.
Heybət
Mənbə: publika.az