Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün Çelenc kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxacaq.
Bizim.Media xəbər verir ki, Ziya Rəcəbovun komandası Yunanıstanın “Panatinaykos” klubu ilə üz-üzə gələcək.
İlk oyun Bakıda Voleybol Mərkəzində keçiriləcək. Qeyd edək ki, təmsilçimiz 1/32 finalda Slovakiyanın “Spartak” kollektivini hər 2 matçda məğlub etmişdi.
Çelenc Kuboku
1/16 final, ilk oyun
21 noyabr
19:00. “Xarı Bülbül Şuşa” (Azərbaycan) – “Panatinaykos” (Yunanıstan
Bakı, Voleybol Mərkəzi.
Mənbə: bizim.media