Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci olub

Azərbaycanın gimnastika komandası Avropa çempionatında 5-ci olub

Portuqaliyanın Gimaraynş şəhərində TeamGym üzrə Avropa çempionatı başa çatıb.

"Report"un məlumatına görə, yarışda Ağamurad Qəhrəmanov, Tofiq Əliyev, Adil Hacızadə, Rəsul Əhmədzadə, Elnur Məmmədov, Ramin Dəmirov, Anar Həsənov və Mənsum Səfərovdan ibarət heyət kişilər arasında komanda yarışlarında Azərbaycanı təmsil edib.

Finaladək irəliləyən yığma həlledici mərhələdə 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, TeamGym Avropa Gimnastikasına aid komanda yarışı növüdür. Azərbaycan Gimnastika Federasiyası (AGF) 2018-ci ilin əvvəlində TeamGym növünü öz fəaliyyətinə daxil edib.

2018-ci ilin oktyabrında milli ilk dəfə bu növdə Avropa çempionatına qatılıb.

Mənbə: report.az