Afrika Millətlər Kubokunun qrup mərhələsində Sudan üzərində 3:1 hesabı qələbə qazanan Nigeriya yığması turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.
Nigeriya altı xal toplayaraq Afrika Millətlər Kubokunun D qrupunda birinci sırada qərarlaşıb.
Sudan isə bu qrupda Qvineya-Bisau bərabər ikinci-üçüncü yerləri bölüşür. Hər komandanın aktivində bir xal var.
D qrupunda sonuncu yerdə Misir yığması qərarlaşıb. Məhəmməd Salahın da təmsil olunduğu yığma hələ ki, bir xal da olsa toplaya bilməyib.
Qeyd edək ki, Afrika Millətlər Kubokuna Kamerun ev sahibliyi edir.