​"Basketbol kraliçası" vəfat etdi - FOTO

 

"Basketbol kraliçası" Lusia Harris 66 yaşında vəfat edib.

Metbuat.az xəbər verir ki, Lusia Harris 1976-cı il Olimpiya Oyunlarında gümüş medal qazanan ilk qaradərili qadın idi. Adı Basketbol Şərəf Zalına daxil edilmiş bu qadın 1975-ci ildə Panamerika Oyunlarında ABŞ milli komandasına qızıl medal, növbət il isə Monreal Oyunlarında gümüş medal qazandırıb. Bu qadınlar arasında basketbol üzrə keçirilən ilk Olimpiada idi. Lusia Harrisin həyat hekayəsi barədə 2021-ci ildə "Basketbol Kraliçası" adlı sənədli film də çəkilib. Qeyd edək ki, məşhurun ölüm səbəbi açıqlanmayıb.

Aidə Fətəliyeva 

Metbuat.az

ƏVVƏLKİ XƏBƏR

Türk hökmdarların portretləri çardaqda tapıldı - VİDEO

SONRAKI XƏBƏR

Bakının bu ünvanında 11 bina sökülür - Sakinlərə 2 il 350 AZN kirayə haqqı ödənəcək - VİDEO