İddiaçılar turniri: Teymur Rəcəbov Yan-Kşiştov Duda ilə heç-heçə edib

İddiaçılar turniri: Teymur Rəcəbov Yan-Kşiştov Duda ilə heç-heçə edib<span class="qirmizi"></span>

Bakı, 30 iyun, AZƏRTAC

İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində növbəti turun oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov 11-ci turda polşalı Yan-Kşiştov Duda ilə heç-heçə edib.

T.Rəcəbov ötən turların nəticəsinə görə, 5 xal toplayıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Mənbə: azertag.az