Ayxan Abbasov: "9 ildən sonra çempionata qələbə ilə qayıtmaq böyük sevincdir"

Ayxan Abbasov: <span class="qirmizi">"9 ildən sonra çempionata qələbə ilə qayıtmaq böyük sevincdir"</span>

"9 ildən sonra çempionata qayıtmaq və qələbə qazanmaq böyük sevincdir".

"Report"un məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis futbolçuları və azarkeşləri təbrik edib: "Oyunçularım ilk dəqiqədən sonadək mübarizə apardılar. Fanatlarımız Tovuzda da, burada da möhtəşəm idilər. Yeni komandayıq. Hər nəticə ola bilər. Qarşıdakı matçlara hazırlaşaçağıq. "Qarabağ"la növbəti oyunumuz təxirə salınıb. Onlara uğurlar arzulayırıq".

Mənbə: report.az