"Kəpəz"in baş məşqçisi: "Azarkeşlərin məni istefaya səsləməsi normaldır"

"Kəpəz"in baş məşqçisi: "Azarkeşlərin məni istefaya səsləməsi normaldır"<span class="qirmizi"></span>

"Çətin oyun olacağını gözləyirdik. İlk qoladək pis çıxış etmədik. İkinci hissədə müəyyən dəyişikliklər etmək və matçda dönüş yaratmaq niyyətində idik. Müdafiədəki səhvlərə görə məğlub olduq".

"Report"un məlumatına görə, bunu "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Neftçi"yə 2:5 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfrasında deyib.

62 yaşlı mütəxəssis müdafiədən çıxış etmək istədiklərini söyləyib: "Əks-hücumlara bel bağlamışdıq. "Neftçi" ilə açıq futbol oynamaq çətindir".

Vahapzadə azarkeşlərin onu istefaya səsləməsinə münasibət bildirib: "Azarkeşlərin məni istefaya səsləməsi normaldır. Bütün şüarları mən də eşidirdim".

Baş məşqçi birinci qoldan sonra komandada psixoloji gərginliyin yarandığını söyləyib.

Mənbə: report.az