Braziliya millisinin baş məşqçisi: "Bizdə Azərbaycan kimi asan rəqiblər yoxdur"

Futbol üzrə Braziliya millisinin baş məşqçisi Tite Fransa yığmasının və PSJ-nin hücumçusu Kilian Mbappenin dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Avropadan daha asan olması ilə bağlı fikirlərinə münasibət bildirib.

"Report"un məlumatına görə, 61 yaşlı mütəxəssis ESPN telekanalına müsahibəsində forvardla razılaşmadığını söyləyib.

O bildirib ki, Cənubi Amerika ölkələri arasındakı duellər "köhnə qitə"dəkindən qat-qat çətin və balanslıdır: "Boliviyada, Uruqvayda oynamaq asan deyil. Amma təbii ki, Mbappe bundan xəbərsizdir. Üstəlik, bizdə asanlıqla xal ala biləcəyimiz Azərbaycan kimi rəqib yoxdur".

Qeyd edək ki, Tite 2016-cı ildən Braziliya millisinə rəhbərlik edir.

Report.az

ƏVVƏLKİ XƏBƏR

FHN-də çəkilən intim videolardakı qadınlarla bağlı ŞOK İDDİA - "Onlar məcbur edilib!"

SONRAKI XƏBƏR

Bitkoin yenə ucuzlaşdı