Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb

Rəşad Nəbiyev dünya çempionatında iştirak edəcək cüdoçularla görüşüb<span class="qirmizi"></span>

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlaşan milli komandanın məşq prosesini izləyib.

Federasiyadan "Report"a verilən məlumata görə, məşqçilər heyəti ACF rəhbərinə mundiala yollanacaq idmançıların hazırlıq prosesi ilə bağlı görülən işlər barədə məlumat verib.

R.Nəbiyev idmançılara qarşıdakı yarışda uğurlar arzulayıb və ölkəni layiqincə təmsil edəcəklərinə inandığını vurğulayıb.

Qeyd edək ki, dünya çempionatı 6 - 12 oktyabrda olacaq.

Mənbə: report.az