Sumqayıt tennisçiləri ölkə kuboku uğrunda yarışda 23 medal qazanıblar

Sumqayıt tennisçiləri ölkə kuboku uğrunda yarışda 23 medal qazanıblar<span class="qirmizi"></span>

Sumqayıt, 5 dekabr, AZƏRTAC

Stolüstü tennis üzrə yeniyetmə və gənclər arasında keçirilən ölkə kubokuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, “Şüa İdman Kompleksi”ndə keçirilən yarışda Sumqayıt idmançıları uğurla çıxış edərək, ümumilikdə 23 medala sahib olublar. Bunlardan 4 qızıl, 4 gümüş, 10 bürünc medal şəxsi, 1 qızıl, 3 gümüş və 1 bürünc medal komanda yarışlarında əldə olunub.

Mənbə: azertag.az