Yüksək Liqa: “Neftçi” ilk qələbəsini qazandı

Yüksək Liqa: “Neftçi” ilk qələbəsini qazandı<span class="qirmizi"></span>

Bu gün voleybol üzrə yüksək liqada 3-cü turun bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, Dərnəgül Voleybol Mərkəzində “Neftçi” və MOİK komandaları üz-üzə gəlib.

Rəqibindən daha təcrübəli olan “ağ-qaralar” hər üç setdə üstün olublar. 3:0 (25:19, 25:19, 25:15).

Bu, “Neftçi”nin cari mövsümdə ilk qələbəsi olub. Hazırda komanda 3 xalla turnir cədvəlində 3-cü yerdədir. Çempionatın lideri iki oyundan maksimum nəticə göstərən “Murov” komandasıdır. “Xarı Bülbül”ün 3 xalı olsa da, onların ehtiyatda hələ bir oyunu var.

Sabah məhz bu iki komanda qarşılaşacaq.

Sonuncu pillədə olan MOİK-in hələ ki, xalı yoxdur.

Rəşad Rafiqoğlu, Bizim.Media

Mənbə: bizim.media