Millimizin üzvü Marselo ilə görüşdü - Foto

Millimizin üzvü Marselo ilə görüşdü -

Azərbaycan millisinin sabiq üzvü Ruslan Əmircanov Madrid “Real”ının akademiyasında təcrübə keçib.

O, ispan klubunun düşərgəsində madridlilərin əfsanələrindən olan Marselo ilə görüşüb.

R.Əmircanov bu barədə feysbuk hesabında paylaşım edib: “Real Madrid” akademiyasının qonağı oldum. Mənim üçün çox möhtəşəm bir təcrübə idi. U-14 və U-11 komandalarının məşq prosesini izlədim. Uşaqların məşqə yanaşmaları, düşüncələri, məşq zamanı verdikləri tez qərarlar fərqlidir. Yaşlarının az olmasına baxmayaraq peşəkarlıqlarını gördüm”.

Mənbə: qafqazinfo.az