“Sumqayıt”ın 3 futbolçusu “Turan Tovuz”la oyunu buraxacaq

“Sumqayıt”ın 3 futbolçusu “Turan Tovuz”la oyunu buraxacaq<span class="qirmizi"></span>

“Sumqayıt”ın 3 futbolçusu Azərbaycan Premyer Liqasının XX turunda “Turan Tovuz”la keçiriləcək oyunu buraxacaq.

Klubun mətbuat xidmətindən “Report”a verilən məlumata görə, bir yerli və iki əcnəbi oyunçu bu gün baş tutacaq qarşılaşmada iştirak edə bilməyəcək.

Bunlar müdafiəçilər Vurğun Hüseynov, niderlandlı Stiven Pereyra və qvineyalı yarımmüdafiəçi Alya Turedir. Pereyra və Ture hələ də zədəsini sağaltmaqla məşğuldursa, kapitan XIX turda “Zirə” (1:3) ilə görüşdə sıradan çıxıb. Hüseynovun təxminən 2-3 həftə komandadan ayrı qalması gözlənilir.

Qeyd edək ki, “Sumqayıt” – “Turan Tovuz” görüşü saat 18:00-da başlayacaq.

Mənbə: report.az