Fərid Qayıbov Çingiz Əlləzovla görüşüb

Azərbaycanlı kikboksçu Çingiz Əlləzov gənclər və idman naziri Fərid Qayıbovla görüşüb.

"Report"un məlumatına görə, nazir bu barədə rəsmi feysbuk hesabından paylaşım edib.

Qayıbov paylaşımda "Champion!" (Çempion) yazıb.

Qeyd edək ki, "One Championship" Dünya Qran Prisinin qalibi və yüngül çəkidə mütləq çempion olan Çingiz Əlləzov yanvarın 27-də Bakıda mətbuat konfransına da qatılıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Erməni deputatlar Moskvaya gedir

SONRAKI XƏBƏR

Çavuşoğlu: "İsveçdə bu dövlətin NATO-ya üzvlüyünü istəməyənlər var"