AFFA-dan “Sumqayıt”ın futbolçularına ağır cəzalar

AFFA-dan “Sumqayıt”ın futbolçularına ağır cəzalar

AFFA İntizam Komitəsi qərarı ilə “Sumqayıt”ın futbolçuları Rəşad Əzizli və Vüqar Mustafayev cəzalandırılıb.

Futbolçuların Misli Premyer Liqasının 34-cü turunda “Kəpəz”lə oyundakı davranışlarına görə bu qərarlar verilib.

Matçın 89-cu dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün R.Əzizli 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, “Sumqayıt” klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Oyunun 89-cu dəqiqəsində Vüqar Mustafayev də eyni qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alıb. O da 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Sumqayıt” daha 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

Mənbə: qafqazinfo.az