“Neftçi”nin daha bir legioneri Kipr klubuna keçir? - FOTO

“Neftçi”nin daha bir legioneri Kipr klubuna keçir? - <span class="qirmizi">FOTO</span>

“Neftçi”nin daha bir legioneri komandanı tərk edə bilər.

Bizim.Media xəbər verir ki, söhbət israilli yarımmüdafiəçi Keni Saefdən gedir.

Bir neçə gün əvvəl bakılıların hücumçusu Qodsvey Donyonu heyətinə qatmış Kiprin “Apollon” klubu indi də Saefə maraq göstərir. Amma “Apollon”un bu transferlə bağlı konkret nə vaxt təklif göndərəcəyi bəlli deyil.
Qeyd edək ki, “Apollon” Donyonu 250 min avroya transfer edib.

Mənbə: bizim.media